Sabunçuda iki avtomobil toqquşdu: Yaralı var » Memur.az

Sabunçuda iki avtomobil toqquşdu: Yaralı var

Sabunçuda iki avtomobil toqquşdu: Yaralı varSabunçu rayonunda yol-nəliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Memur.Az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

R.Qəmbərov küçəsində iki minik avtomobilinin toqquşması nəticəsində 1989-cu il təvllüdlü Abdullayev Cavid Arif oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona çanağın əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.