Bakıda avtomobil orta yaşlı kişini vurub öldürüb » Memur.az

Bakıda avtomobil orta yaşlı kişini vurub öldürüb

Bakıda avtomobil orta yaşlı kişini vurub öldürübNizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Samir adlı şəxs idarə etdiyi “Ravon” markalı avtomobillə prospektin yüksək sürətli hərəkət zolağı ilə gedərkən qarşısına təxminən, 50-55 yaşlı naməlum şəxs çıxıb. Bu zaman “Ravon” piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən piyadanı vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.