"Eurovision-2015"in ikinci yarımfinalı İTV-də yayımlanacaq » Memur.az

"Eurovision-2015"in ikinci yarımfinalı İTV-də yayımlanacaq

"Eurovision-2015"in ikinci yarımfinalı İTV-də yayımlanacaq

Bu gün “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalı İctimai Televiziyada yayımlanacaq. İTV-dən Lent.az-a verilən məlumata görə, mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində insanların faciəli şəkildə həlak olmalarını nəzərə alaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti bu il Avstriyada keçirilən "Eurovision" mahnı müsabiqəsinin birinci yarımfinalını yayımlamamaq qərarı verdi: "üsabiqə davam edir. İctimai Televiziya və Radio Yayımları Şirkəti müsabiqənin bu günə nəzərdə tutulan ikinci yarımfinalını yayımlamaqla üzərinə götürdüyü beynəlxalq öhdəliyə və imzalanmış müqavilə şərtlərinə əməl etməyə borcludur".

Xatırladaq ki, 17 ölkənin təmsilçisi səhnəyə çıxacağı və “Wiener Stadthalle” arenasında keçiriləcək gecədə təmsilçimiz Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə 11-ci sırada çıxış edəcək.

Qeyd edək ki, 2007-ci ildən Avropa Yayımları Birliyinin üzvü olan Azərbaycan İctimai Telelvizya və Radio Yayımları Şirkəti həmin ildən "Eurovision" mahnı müsabiqəsini yayımlamağa başlayıb.