Piyadanı vuran sürücü hadisə yerindən qaçıb » Memur.az

Piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Piyadanı vuran sürücü hadisə yerindən qaçıbSabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakıxanov qəsəbəsində, İmam Rza məscidinin yaxınlığında baş verib. Minik avtomobili yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən yolu keçməyə çalışan 1978-ci il təvəllüdlü Allahverdiyev Emin Şəmsi oğlunu vurub.

Sürücü hadisə yerindən yayınıb.Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparılır.