Bakıda 5 maşın toqquşdu » Memur.az

Bakıda 5 maşın toqquşdu

Bakıda 5 maşın toqquşdu

Bakının Nəsimi rayonunda 5 avtomobilin iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, hadisə rayonun Rəşid Behbudov küçəsində qeydə alınıb.

Həmin yolla Bakıxanov küçəsi istiqamətində hərəkətdə olan “KIA” və “DODGE” markalı minik maşının sürücülərinin anlaşılmazlığı nəticəsində baş verən hadisə hər iki maşından əlavə “Hyundai”, “Mercedes” və “Pevgeot” maraklı avtomobillərin də qəza iştirakçısı edib.

Məlumata görə, “KIA” ilə toqquşmadan yayınmağa çalışan “DODGE”un sürücüsü maşını səkilərə çırpıb. Bu zaman onunla eyni istiqamətə olan “Hyundai” da qəzadan öz payını alıb. “KIA” isə “DODGE”a dəydikdən sonra bir neçə dəfə dövrə də vurub və daha sonra dalan yolda olan “Mercedes”ə, o isə öz növbəsində “Pevgeot”ya çırpılıb.

Qarşılıqlı ittihamlarla yadda qalan qəzanın əsl səbəbləri təyin olunan avtotexniki eksprtizanın rəyindən sonra məlum olacaq.