Naviqatora inandı, maşını çaya düşdü » Memur.az

Naviqatora inandı, maşını çaya düşdü

Naviqatora inandı, maşını çaya düşdüBöyük Britaniyada “Ford Transit” markalı avtomobilin sürücüsü maşınına qoşulmuş naviqatorun qurbanı olub. Belə ki, yol boyu rastına çıxan xəbərdarlıqlara fikir vermədən, ancaq naviqatorun tələblərinə əməl edən sürücü gözlənilmədən çaya düşüb.

Nəticədə maşın gəzintisi az qala sürücü, maşında olan sərnişin və onun iti üçün faciə ilə yekunlaşa bilərdi.

“FoxNews”un məlumatına görə, xilasedicilər son anda maşını çaydan çıxara biliblər və heç kim xəsarət almayıb.Naviqatorun “səhv etməsinin” səbəbi isə yaxın günlərdə yağan yağış nəticəsində artıq qurumuş çayın yenidən axar vəziyyətə dönməsi olub.

Bu, naviqatorun səhvi olan ilk hadisə deyil. Belə ki, bu ilin yayında ABŞ-da 100-ə yaxın maşın yağış suları ilə yuyulmuş qrunt yolda ilişib qalmışdı. Səbəb isə “Google Maps” proqramının onları tıxacdan xilas etmək üçün bu yolu təklif etməsi olub.

Həmin vaxt “Google” şirkəti istifadəçilərindən təkcə naviqatora arxayın olmamağı, şəxsi təcrübələrinə güvənməyi məsləhət görmüşdü.