Özünü yanan binadan atan şəxsin kimliyi bəlli olub » Memur.az

Özünü yanan binadan atan şəxsin kimliyi bəlli olub

Özünü yanan binadan atan şəxsin kimliyi bəlli olub

Bu gün Bakının Binəqədi rayonundakı çoxmərtəbəli binada dəhşətli yanğında özünü binadan atan şəxsin kimliyi bəlli olub.


“Lent.az”-ın azxeber.com-a istinadən verdiyi xəbərə görə, o, 27 yaşlı Nəcəfzadə Yaşar Fazil oğludur.

Yaşar yanan binanın 16-cı mərtəbəsində yaşayırmış. Yanğın nəticəsində xilas olmayan gənc özünü çoxmərtəbli binadan yerə atıb. Aldığı xəsarət nəticəsində hadisə yerindəcə keçinib. Əslən Salyan rayonundan olan Yaşar evdə tək yaşayırmış. Uzun illərdi Bakıda yaşayan Yaşar əsgərlikdən bir neçə il öncə geri dönübmüş.

Alllah rəhmət eləsin!