Novxanıda ağır qəza: üç ölü, altı yaralı » Memur.az

Novxanıda ağır qəza: üç ölü, altı yaralı

Novxanıda ağır qəza: üç ölü, altı yaralıBakıda ölümlə nəticələnən zəncirvari qəza baş verib.

“Report” xəbər verir ki, hadisə Novxanı yolunda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib.

Qəza yerindən gələn təcili və təxirəsalınmaz tibbi yardımın həkimi bildirib ki, bir neçə avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, azı 6 nəfər xəsarət alıb.

Yol-nəqliyyat hadisəsi zamanı yaralananlardan bəzilərinin adları məlum olub.

2018-ci təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu, 1976-ci il təvəllüdlü Məmmədova Gülgün Ümidvar qızı və 1999-ci təvəllüdlü Məmmədova Nahidə Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılardan bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəsarət alanlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Yaralıların içərisində ana və bir yaşlı körpəsi də var.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.