Yanan binada qalan jurnalist və körpəsi xilas edildi » Memur.az

Yanan binada qalan jurnalist və körpəsi xilas edildi

Yanan binada qalan jurnalist və körpəsi xilas edildi

Onların səhhətinin normal olduğu bildirilir

Bakıda yanan binada körpəsiylə birlikdə qalan jurnalist Sevinc Fədai FHN əməkdaşları tərəfindən xilas edilib. Lent.az-ın məlumatına görə, jurnalist, körpəsi və evdə onlarla birgə olan qaynanası nazirliyin xilasediciləri tərəfindən yanan binadan çıxarılıb. Onların səhhətlərinin normal olduğu bildirilir.

**
Lent.az xəbər verir ki, yanan binada qalan jurnalist axar.az-ın əməkdaşı ilə danışıb: “Uşaqla birlikdə evdəyik. Anam da bizimlədir. Hələ ki, heç kim yoxdur. Evdə yanğın yoxdur. Tüstü vurur. Çıxmaq olmur burdan. Heç kim binaya daxil ola bilmir”.

***
Jurnalist Sevinc Fədai və körpə övladı Binəqədi rayonunda yanan çöxmərtəbəli binada qalıb. Lent.az-ın məlumatına görə, hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri işləyir.

Qeyd edək ki, Azadlıq prospekti 289 ünvanında yerləşən binana bu səhər yanğın baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib.