Maştağada 21 yaşlı gənci avtomobil vurdu
hadise
14-09-2019, 02:08
572
Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Maştağa qəsəbəsində minik avtomobili yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Məmmədov Bilal Elman oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qapalı kəllə-beyin travması diaqnozu qoyulan B.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.