Abşeron rayonunda 42 yaşlı kişini avtomobil vurdu » Memur.az

Abşeron rayonunda 42 yaşlı kişini avtomobil vurdu

Abşeron rayonunda 42 yaşlı kişini avtomobil vurduNovxanı qəsəbəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəsəbə ərazisində minik avtomobili yolu keçmək istəyən 1977-ci il təvəllüdlü Quliyev Pərviz Fəyyaz oğlunu vuraraq, ona xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.