Balakəndə pul və zinət əşyası oğurlayan şəxslər saxlanıldı » Memur.az

Balakəndə pul və zinət əşyası oğurlayan şəxslər saxlanıldı

Balakəndə pul və zinət əşyası oğurlayan şəxslər saxlanıldıBalakən rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Gərəkli kənd sakini Fazil İsmayılov Balakən Rayon Polis İdarəsinə müraciət edərək, mənzilinin qarət olunduğu və ona məxsus külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı hadisəni Gərəkli kənd sakinləri Nurlan Alqayev və onun tanışı Abdulla Abdullayevin törətdiyi məlum olub. Onlar vətəndaşın mənzilinə pəncərədən daxil olaraq 50 000 Rusiya rublu, 300 Gürcüstan larisi, 50 avro, 20 ABŞ dolları və 1200 qram çəkidə qızıl-zinət əşyalarını oğurlamaqla Fazil İsmayılova, ümumilikdə, 61 656 manat maddi ziyan vurublar.

Cinayəti törətməkdə şübhəli bilinənlər saxlanılaraq istintaqa təhvil verilib. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Balakən Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.