Zabratda yol keçmək istəyən qadın xəstəxanalıq oldu » Memur.az

Zabratda yol keçmək istəyən qadın xəstəxanalıq oldu

Zabratda yol keçmək istəyən qadın xəstəxanalıq olduSabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Zabrat I qəsəbəsində minik avtomobili yolu keçmək istəyən piyada, 1960-cı il təvəllüdlü Əhmədova Nərminə Mirtağı qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Ona baş beyinin əzilməsi, qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.