Bakıda iki avtomobilin toqquşmasında bir nəfər yaralandı » Memur.az

Bakıda iki avtomobilin toqquşmasında bir nəfər yaralandı

Bakıda iki avtomobilin toqquşmasında bir nəfər yaralandıXəzər rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Qala qəsəbəsində 2 minik avtomobili toqquşub.

Nəticədə avtomobillərdən birindəki sərnişin, 2000-ci il təvəllüdlü İsgəndərli Ağasəlim Ramin oğlu xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.