Anar onu "Maşın"dan uzaqlaşdırdı » Memur.az

Anar onu "Maşın"dan uzaqlaşdırdı

Anar onu "Maşın"dan uzaqlaşdırdı

Əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu “Maşın” realiti-şousunda daha bir iştirakçı yarışmadan uzaqlaşıb.
Axşam.az-ın məlumatına görə, iştirakçıların gizli səsverməsi nəticəsində stilist Anar Ağakişiyev yarışmanı tərk etməyə namizəd olub. O, şou boyu çıxaracağı insanın xanım iştirakçı olmayacağını bildirib.

Müğənni Emil Bədəlovla stilist arasında qalmaqal baş verib. Sənətçi tamaşaçıları Anar üçün "getsin"ə səs verməyə çağırıb.
A.Ağakişiyev 82,91 faiz səs toplayaraq, yarışmada qalma şansı qazanıb.

"Məni bu şouda saxlayan tamaşaçılara təşəkkür edirəm. Mən stilistəm. Bu günə kimi bir çox müğənniyə köməklik göstərmişəm. İndi kimliyimi hamıya sübut etdim. Aşıq Əliyə demək istəyirəm ki, bəzən elə zarafat edin, mən də başa düşüm. Mən də sizin kimi insanam. Zəif kimi baxırlar. Emil və Əli yarışmada qalıb, mənimlə mübarizəni davam etdirəcək" deyən A.Ağakişiyev Rüfət Axundovu şoudan uzaqlaşdırıb.

Şouda iştirakını davam etdirənlər əməkdar artist M.Xanlarova, müğənnilər Emil Bədəlov, ABD M.Kələntərli, Xatirə İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist A.Ağakişiyevdir.
Qeyd edək ki, veriliş hər axşam ANS TV-də saat 22:00-da yayımlanır.