Bakıda dəhşətli qəza: avtomobil iki nəfəri vurub, birinin ayağı amputasiya olundu » Memur.az

Bakıda dəhşətli qəza: avtomobil iki nəfəri vurub, birinin ayağı amputasiya olundu

Bakıda dəhşətli qəza: avtomobil iki nəfəri vurub, birinin ayağı amputasiya olunduXətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Əhmədli qəsəbəsində minik avtomobili avtobusdan düşən 2 nəfəri 1954-cü il təvəllüdlü Fərəcullayeva Sara Bayram qızı və 1965-cü il təvəllüdlü Abdullayeva Tamella Zəfər qızını vurub.

Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. S.Fərəcullayevaya hər iki ayağın sınığı, T.Abdullayevaya sol ayağın sınığı diaqnozu qoyulub.

T.Abdullayevanın vəziyyəti ağır olduğundan ayağı amputasiya edilib.

Hər iki yaralı qonşu olub. Onlar yaşadığı ünvanda avtobusdan enərkən qəzaya düşüblər.

İlkin məlumata görə, minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq əvvəlcə səkiyə çırpılıb, daha sonra piyadaları vurub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.