Bakıda piyada qəzaya düşdü » Memur.az

Bakıda piyada qəzaya düşdü

Bakıda piyada qəzaya düşdüBakının Nərimanov rayonunda 21 yaşlı gənci avtomobil vurub.

Hadisə rayonun Ağa Nemətulla küçəsində baş verib. Minik avtomobili yolu keçmək istəyən piyadanı - 21 yaşlı Tağızadə İsmayıl Camal oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.