Yeddi maşının toqquşduğu qəzada yaralananlardan üçünün kimliyi bəlli oldu - YENİLƏNİB » Memur.az

Yeddi maşının toqquşduğu qəzada yaralananlardan üçünün kimliyi bəlli oldu - YENİLƏNİB

Yeddi maşının toqquşduğu qəzada yaralananlardan üçünün kimliyi bəlli oldu - YENİLƏNİBNərimanov rayonundakı dəhşətli qəzada yaralananlardan üçünün adları bəlli olub.

Oxu.Az xəbər verir ki, qəzada BMW markalı minik maşınında xəsarət alan bir ailənin üç üzvünün kimliyi bilinib.

BMW-nin ürücü 54 yaşlı Əhmədov Şirxan İlya oğlu qol və baş nahiyəsindən, onun həyat yoldaşı, 54 yaşlı Quliyeva Reyhan Gəray qızı və onların övladı 24 yaşlı İlyaszadə Mirvari Şirxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, tuneldən çıxan yük maşını yüksək sürətlə hərəkətdə olub.



01:22

Nərimanov rayonunda 7 maşın toqquşub, 5 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, Ziya Bünyadov prospektində hərəkətdə olan “Schacman” markalı yük maşını 2 ədəd “Mercedes”, “Volkswagen”, “Ravon” və BMW markalı maşınlara çırpılıb.

Hadisə nəticəsində bir ailənin 3 üzvü, “Volkswagen”də olan 2 xanım xəsarət alıb.

İlkin ehtimala görə, hadisə “Schacman” markalı yük maşınının yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib.

Hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub.

Qəzadan sonra ərazidə ciddi tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.