Ərəb turist Bakıda 6 yaşlı uşağı yaraladı » Memur.az

Ərəb turist Bakıda 6 yaşlı uşağı yaraladı

Ərəb turist Bakıda 6 yaşlı uşağı yaraladıBakının Nəsimi rayonunda baş verən qəzada 6 yaşlı uşaq yaralanıb.

Oxu.Az-ın məlumatına görə, rayonun Vaqif küçəsi 5 ünvanında Səudiyyə Ərəbistanından olan turist kirayə götürdüyü “KİA” markalı minik maşını ilə qəza törədib. Nəticədə 2013-cü il təvəllüdlü Səlimov Səlim Arif oğlu ağır xəsarət alıb.Azyaşlı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.