5-ci mərtəbədən yıxılan 15 yaşlı oğlan öldü » Memur.az

5-ci mərtəbədən yıxılan 15 yaşlı oğlan öldü

5-ci mərtəbədən yıxılan 15 yaşlı oğlan öldü15 yaşlı yeniyetmə binadan yıxılaraq həyatını itirib.

Oxu.Az xəbər verir ki, 2004-cü il təvəllüdlü Hüsiyev Kənan Elşən oğlu Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən binaların birində 5-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Öncə komada olduğu bildirilən yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.