Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın, sakinlər təxliyə edilib » Memur.az

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın, sakinlər təxliyə edilib

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın, sakinlər təxliyə edilibSumqayıtda yanğın qeydə alınıb.

FHN-dən verilən məlumata görə, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında 50 p.m elektrik kabeli və məişət tullantıları yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.