Hacıqabulda piyadanı öldürən sürücü hadisə yerindən qaçdı » Memur.az

Hacıqabulda piyadanı öldürən sürücü hadisə yerindən qaçdı

Hacıqabulda piyadanı öldürən sürücü hadisə yerindən qaçdıHacıqabulda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtomobil piyadanı vurub.

Oxu.Az-ın Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Atbulaq kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Qızılburun kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyyətxan oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Avtomobil sürücüsü hadisə yerindən qaçıb.

Faktlabağlı araşdırma aparılır.