Moskva metrosunda qatarlar 3 saat tuneldə qaldı » Memur.az

Moskva metrosunda qatarlar 3 saat tuneldə qaldı

Moskva metrosunda qatarlar 3 saat tuneldə qaldıMayın 21-də Moskvada “Park Pobedı” dayanacağından “Savelovskaya” dayanacağınadək 3 qatarın hərəkəti 3 saat ərzində dayandırılıb.

RİA Novosti-nin məlumatına görə, Moskvada tuneldə dayanmış üç qatardan sərnişinlərin təxliyəsi artıq başa çatdırılıb.

Qatarların dayanmasına səbəb kimi kontakt relsində gərginliyin itməsi göstərilib. Üç qatarın birindən 300, digərindən 462, üçüncüsündən 400 nəfər təxliyə edilib.