Yük maşını tuneldə qəza törətdi » Memur.az

Yük maşını tuneldə qəza törətdi

Yük maşını tuneldə qəza törətdiZiya Bünyadov prospektində yol qəzası baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə prospektin Nərimanov rayonundan keçən hissəsindəki tuneldə qeydə alınıb.

1986-cı il təvəllüdlü Fərid Şirəliyevin idarə etdiyi “Shacman” markalı yük avtomobili yolayrıcı beton plitələrə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza yolun hər iki istiqamətində tıxaca səbəb olub.

Sürücünün bildirdiyinə görə, avtomobilin əyləc sistemində problem yaranıb və nəticədə avtomobil idarəetmədən çıxaraq yolayırıcı betona çırpılıb.

Faktla bağlı araşdırma aparılır.