Gəncədə 50 yaşlı kişi torpaq altında qalaraq ölüb » Memur.az

Gəncədə 50 yaşlı kişi torpaq altında qalaraq ölüb

Gəncədə 50 yaşlı kişi torpaq altında qalaraq ölübGəncə şəhərində 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin “Comərt Qəssab” türbəsinin yaxınlığında, qeydə alınıb.

1969-cu il təvəllüdlü, Göygöl rayonunun Hacıməlik kənd sakini İsgəndərov İlham daş və qumun altında qalaraq ölüb.

Tikinti ərazisində sökülmüş mişar daşlarını toplayaraq öz “ZİL” markalı yük maşınına yığıb aparmaq istəyərkən torpaq sürüşməsi baş verib və o dağıntı altında qalıb.

Meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.