4 yaşlı uşağın üstünə qaynar su qazanı aşdı » Memur.az

4 yaşlı uşağın üstünə qaynar su qazanı aşdı

4 yaşlı uşağın üstünə qaynar su qazanı aşdıTovuzda 4 yaşlı uşaq yanıq xəsarətləri alıb.

Hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Kənd sakini, 2015-ci il təvəllüdlü F.Əkbərov yaşadığı evdə içində qaynar su olan qabı üzərinə aşırıb və nəticədə yanıq xəsarətləri alıb.

Azyaşlı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.