Daha bir “Boeing” qəza enişi etdi » Memur.az

Daha bir “Boeing” qəza enişi etdi

Daha bir “Boeing” qəza enişi etdiMoskvadan havaya qalxan “Boeing-738” Soçi hava limanına qəza enişi edib.

RenTV-nin məlumatına görə, buna səbəb təyyarədəki texniki nasazlıq olub.

Hava gəmisinin göyərtəsində olan 106 nəfərdən heç birinin xəsarət almadığı bildirilir.

Efiopiyadakı faciədən sonra dünyanın 30-a yaxın hava yolları şirkəti, o cümlədən, Rusiyanın “S7 Airlines” aviadaşıyıcısı “737 Max” modelinin istismarını dayandırmışdı. Bir müddət əvvəl ABŞ və Avropa İttifaqı da sözügedən təyyarədən “imtina dalğasına” qoşulub.

Qeyd edək ki, son yarım il ərzində dünyada bu təyyarənin iştirakı ilə iki hava qəzası yaşanıb. Ümumilikdə 346 nəfər həyatını itirib.

Xatırladaq ki, martın 10-da Efiopiyada ölkənin hava yolları şirkətinə aid “Boeing 737 Max 8” təyyarəsinin qəzaya uğraması nəticəsində 157 nəfər ölüb.