Şəmkirdə polis əməkdaşı qəzada öldü » Memur.az

Şəmkirdə polis əməkdaşı qəzada öldü

Şəmkirdə polis əməkdaşı qəzada öldüŞəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo-nun verdiyi məlumata görə, hadisə rayonun Çənlibel kəndi ərazisində baş verib.

Hərəkətdə olan “Toyota Prado” ilə “VAZ-21010” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Sərnişin, rayonun Qasımlılar kənd sakini, 1983-cü il təvəllüdlü Xaliq Ələsgərov isə hadisə yerində ölüb.

Məlumata görə, X. Ələsgərov Gədəbəy rayon Polis Şöbəsinin Arıqıran və İnəkboğan kəndləri üzrə sahə müvəkkili idi.

Faktla bağlı araşdırma aparılır.