Samur-Abşeron kanalında batanın meyiti tapıldı » Memur.az

Samur-Abşeron kanalında batanın meyiti tapıldı

Samur-Abşeron kanalında batanın meyiti tapıldı

Samur-Abşeron kanalında batan Qusar rayon sakinin meyiti tapılıb.

APA-nın şimal bürosunun məlumatına görə, Qusa rayon Mucuqoba kənd sakini, 1983-cü il təvəllüdlü Fərzəliyev Robert Ravil oğlunun meyiti kanalın Xaçmaz rayonu, Küpçal kəndi ərazisindən tapılıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən kanaldan çıxarılan cəsəd aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.