Masallıda yanğın olub » Memur.az

Masallıda yanğın olub

Masallıda yanğın olubMasallı rayonunda yanğın olub.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Xanalıyan kəndində baş verib.

Nəticədə ümumi sahəsi 220 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 110 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.