İtaliyada pis hava şəraitindən ölənlərin sayı artıb » Memur.az

İtaliyada pis hava şəraitindən ölənlərin sayı artıb

İtaliyada pis hava şəraitindən ölənlərin sayı artıbBakı. 30 oktyabr. REPORT.AZ/ İtaliyada bütün Apennin yarımadasını əhatə edən pis hava şəraiti səbəbindən ümumilikdə ölənlərin sayı 7 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Messaggero" qəzeti yazıb.

İnsanların ölümünə əsasən güclü külək nəticəsində ağacların aşması səbəb olub. Təbii fəlakət qurbanlarının əksəriyyəti hadisə baş verən zaman öz avtomobillərində olublar.

Ən mürəkkəb meteoroloji vəziyyət Veneta bölgəsində yaranıb. Qubernator Luka Zaya şimal bölgəsində böhran vəziyyəti elan edib.