Dəmir yolunda yük qatarının iki boş vaqonu yoldan çıxıb » Memur.az

Dəmir yolunda yük qatarının iki boş vaqonu yoldan çıxıb

Dəmir yolunda yük qatarının iki boş vaqonu yoldan çıxıb

Bakı-Böyük Kəsik dəmir yolunda yük qatarının iki boş vaqonu yoldan çıxıb.

Lent.az-ın bölgə müxbirinin məlumatına görə, Bakı-Böyük Kəsik dəmir yolunun 215 kilometrliyində, Goranboy rayonu ərazisindəki Kürəkçə stansiyasının yaxınlığında yük qatarının iki boş vaqonu yoldan çıxıb.

Vaqonlar yığışdırılıb, dəmir yolunda hərəkət tam bərpa edilib.

Qəzanın səbəbləri araşdırılır.

Hadisə nəticəsində xəsarət alan olmayıb.