Azərbaycan meyvələrini Rusiyaya buraxmadılar
hadise
24-07-2018, 17:53
465
Təxminən 51 ton bitkiçilik məhsulu Rusiya Federasiyasının ərazisinə buraxılmayıb.
Oxu.Az “Ləzgi qəzeti”nə istinadla xəbər verir ki, məhsullar Dağıstanın dövlət müfəttişləri tərəfindən “Yaraq-Qazmalar” keçid məntəqəsinə saxlanılıb.
Buna səbəb kimi məhsulların zərərli viruslara yoluxması göstərilib.
Qadağan olunmuş məhsullar arasında 2,5 ton armud, 14,5 ton nektarin, bir ton gavalı və alma, o cümlədən 17 ton şaftalı və 15 ton tütün xammalı olub.
Məhsullar Azərbaycana qaytarılıb.
Memur.az