Bakıda toydan qayıdan “Porsche” qəzaya düşdü » Memur.az

Bakıda toydan qayıdan “Porsche” qəzaya düşdü

Bakıda toydan qayıdan “Porsche” qəzaya düşdü

Bakıda toy məclisindən qayıdan sürücü qəza törədib. Lent.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda Cavadxan küçəsində, Zərifə Əliyeva adına Göz Xəstəxanasının qarşısında qeydə alınıb.

Hadisə zamanı sürücünün idarəetməsindən çıxan “Porsche” markalı nəqliyyat vasitəsi əvvəlcə yolun əks istiqamətinə keçib. Daha sonra isə avtomobil yol kənarındakı bardürlərə dəyərək dayanıb.

Qəzadan sonra avtomobilin sürücüsü maşını hadisə yerində qoyaraq oradan uzaqlaşıb.
Hadisə yerinə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Nəqliyyat vasitəsi hadisə yerinə çağrılan evakuator vasitəsi ilə hadisə yerindən götürülərək cərimə meydançasına aparılıb.

İlkin ehtimala görə, qəza sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi səbəbindən qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, “Porsche”nin sükanı arxasında oturan şəxs qəza zamanı sərxoş vəziyyətdə olub. Qəzanın səbəbləri və sürücünün kimliyi araşdırmalardan sonra məlum olacaq.