Bakıda uşağı avtomobil vuraraq öldürüb » Memur.az

Bakıda uşağı avtomobil vuraraq öldürüb

Bakıda uşağı avtomobil vuraraq öldürübBakı. 26 may. REPORT.AZ/ Bakının Səbail Rayonunun Badamdar qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, naməlum markalı avtomobil qəfil yola çıxan və ad-soyadı hələlik məlum olmayan təxminən 7-8 yaşlı uşağı vurub.

Uşaq hadisə yerində ölüb. Meyit onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün morqa verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Memur.az