Rusiyada azərbaycanlı qətlə yetirildi » Memur.az

Rusiyada azərbaycanlı qətlə yetirildi

Rusiyada azərbaycanlı qətlə yetirildiMayın 2-si, gecə saatlarında Rusiyanın Ryazan şəhərində taksi sürücüsü qətlə yetirilib.

Oxu.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, bununla bağlı qətlə yetirilənin dostu məlumat verib.

“Gecə saatlarında mənim dostum öldürüldü. Onun boğazını kəsdilər. O, taksi sürücüsü işləyirdi. Hadisənin səbəbi sifarişin ödənilməsi olub.

O, azərbaycanlıdır. Dörd aylıq qızı vardı. Cinayətkarlardan birini gecə tutdular”, - mənbə məlumat verib.

İstintaq komitəsi baş verən hadisəni təsdiqləyib.

Memur.az