Xəzərdə batan balıqçının meyiti tapıldı - YENİLƏNİB » Memur.az

Xəzərdə batan balıqçının meyiti tapıldı - YENİLƏNİB

Xəzərdə batan balıqçının meyiti tapıldı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri Xəzərdə batan balıqçının meyitini tapıblar.

Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, davam etdirilən axtarış xilasetmə əməliyyatı nəticəsində 1969-cu il təvəllüdlü Məmmədov Şamil Bayram oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda aşkar edilərək sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 11:10-da başa çatıb.

***

10:27

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonunda 2 nəfər balıqçı dənizin nəzarət olunmayan hissəsində sahildən 200 m aralıda suda batma təhlükəsi ilə üzləşib.

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, nazirliyin dalğıc-xilasediciləri tərəfindən balıqçılardan biri xilas edilib, digər balıqçının axtarışı davam etdirilir.
Əlavə məlumat veriləcək.