Abşeronda dərsdən qayıdan iki məktəblini maşın vurub » Memur.az

Abşeronda dərsdən qayıdan iki məktəblini maşın vurub

Abşeronda dərsdən qayıdan iki məktəblini maşın vurubAbşeron. 7 mart. REPORT.AZ/ Abşeron rayonunda yolu keçən iki məktəblini maşın vurub.

"Report"un Abşeron-Sumqayıt bürosunun məlumatına görə, hadisə martın 6-sı günorta saatlarında Ceyranbatan qəsəbəsində baş verib.

Dərsdən evə qayıdan iki şagird - 2001-ci il təvəllüdlü Nəzrin Bilal qızı Candirova və 2005-ci il təvəllüdlü Xədicə İman qızı Məmmədzadə naməlum avtomobil tərəfindən vurulub.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. X.Məmmədzadənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Memur.az