Genetikası dəyişdirilmiş uşaqlar doğulacaq » Memur.az

Genetikası dəyişdirilmiş uşaqlar doğulacaq

Genetikası dəyişdirilmiş uşaqlar doğulacaq

Alimlər klonlaşdırma sahəsində yeni mərhələyə qədəm qoyublar.

Ailem.az-ın xəbərinə görə, onlar “dizayn edilmiş körpələr”in yaradılmasının müzakirəsinin başladılmasını təklif edirlər.

Alimlər klonlaşdırılmış körpələrin genetik cəhətdən modifikasiya edilməsini dəstəkləyir.

Belə ki, “dizayn edilmiş körpələr” genetik cəhətdən gözəl, daha da intellektual olmaq və irsi xəstəlikdən uzaq saxlanılmaq üçün modifikasiya edilə bilər.

İlk dəfə siçan və donuz klonları yaradan heyətin üzvü olan Toni Perri bunun mümkünsüz olduğunu desə də, elm genetik modifikasiyanın mümkünlüyünü istisna etmir.

Toni Perrinin dediklərinə görə, valideynlər onlarda olan bəzi xəstəliklərin övladında olmasını istəmir.

Elm bunun mümkünlüyü üçün klonlaşdırma sahəsində yeni “Crispr texnologiyası“ndan istifadəni məsləhət görür. Klonlaşdırma zamanı DNT-nin dəyişdirilməsinə xidmət edəcək molekulyar qayçı istifadə olunacaq.

Nəticədə genetikası dəyişdirilmiş insanlar dünyaya gələcək.

Pofessor Lovell Badge “Crispr” texnologiyasından istifadə edərək üç insandan uşaq dizayn etməyin mümkünlüyünü bildirir və bu məsələdə müzakirənin artıq başladılmasının lazımlılığını deyir.

Onu da qeyd edək ki, DNT dəyişikliyi zamanı uşağın göz rəngi də müəyyənləşdirilə bilər.