Binəqədidə gənc oğlan evə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb » Memur.az

Binəqədidə gənc oğlan evə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb

Binəqədidə gənc oğlan evə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıbBakı. 15 fevral. REPORT.AZ/ Paytaxtın Binəqədi rayonu ərazisində bir nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

"Report"un xəbərinə görə, Xocahəsən qəsəbəsində 1992-ci il təvəllüdlü Hüseynov Hüseynağa Kərim oğlu evə gedərkən naməlum şəxs ona yaxınlaşaraq mübahisə etməyə başlayıb.

Bu zaman əlbəyaxa dava düşüb. H.Hüseynov özünü müdafiə edərkən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin 40-ci Polis bölməsinin əməkdaşları hadisəni törədən şəxsi axtarır.

Memur.az