Saakaşvili Ukraynadan Polşaya göndərilib » Memur.az

Saakaşvili Ukraynadan Polşaya göndərilib

Saakaşvili Ukraynadan Polşaya göndərilibGürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynanı tərk edib.



FaktXəbər-in BBC-yə istinadən verdiyi məlumata görə, Saakaşvili yerli vaxtla 16.00-da Kiyevdən Polşaya uçub. Məlumat Ukrayna Dövlət Gömrük Xidməti tərəfindən təsdiqlənib.

Saakaşvilinin deportasiya yox, readmissiya edildiyi bildirilir, yəni o, qeyri-qanuni tərk etdiyi ölkəyə qaytarılır.

Qeyd edək ki, readmissiya hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılmasıdır.

Hazırda Saakaşvili artıq Polşa ərazisindədir.

“Polşa Ukrayna hökumətinin müvafiq müraciəti əsasında M.Saakaşvilini qəbul edib”, - deyə məlumatda bildirilir.

Sakaşvilinin özü isə ölkədən qovulmağını "son dərəcə zəyifliyin və qorxaqlığın əlaməti" kimi dəyərləndirib.

Xatırladaq ki, sentyabrın 10-da Mixeil Saakaşvili Polşa-Ukrayna sərhədini keçib. Bundan əvvəl isə o, ABŞ-da olarkən Ukrayna vətəndaşlığından məhrum edilib.

Memur.az