Dairəvi yolu zəncirvari qəza: tıxac yaranıb » Memur.az

Dairəvi yolu zəncirvari qəza: tıxac yaranıb

Dairəvi yolu zəncirvari qəza: tıxac yaranıb

Bakıda baş verən zəncirvari yol qəzasında 1 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb. İki “Mercedes” markalı avtomobil və Həsənağa Əzizovun idarə etdiyi “KİA” markalı maşın toqquşub. Nəticədə “KİA” markalı avtomobilin sürücüsü xəsarət alaraq, Klinik Tibbi Mərkəzə yerləşdirilib. Yolda tıxac yaranıb.

Hazırda faktla bağlı araşdırma aparılır.