Bakı sakini arvadını və özünü bıçaqlayıb » Memur.az

Bakı sakini arvadını və özünü bıçaqlayıb

Bakı sakini arvadını və özünü bıçaqlayıb

Suraxanıda ər əvvəlcə arvadını bıçaqlayıb, daha sonra da özünə xəsarət yetirib. APA TV-nin məlumatına görə, hadisə rayonun Tağıyev küçəsində qeydə alınıb. 31 yaşlı Məhəmməd Əliyev yaşadığı evdə həyat yoldaşı 23 yaşlı Ayşən Gülüşova ilə mübahisə edib. Ailə daxili mübahisə o həddə çatıb ki, kişi həyat yoldaşına baş nahiyəsindən bıçaqla xəsarət yetirib. Həyat yoldaşını al-qan içində görə Məhəmməd Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət endirib. Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər xəstəxanasına çatdırıblar.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.