Azərbaycanda ailənin 3 üzvü güllələnib - YENİLƏNİB » Memur.az

Azərbaycanda ailənin 3 üzvü güllələnib - YENİLƏNİB

Azərbaycanda ailənin 3 üzvü güllələnib - YENİLƏNİB

Salyan rayonunda dünən baş verən güllələnmə olayının təfərrüatları məlum olub. Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə dünən axşam saatlarında Yenikənd kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 21 yaşlı Rəşad Məmmədov üzərində gəzdirdiyi "TOZ-8" markalı tüfənglə həmkəndliləri Xədicə Didarovanı və onun qızı, 17 yaşlı Baharı, 15 yaşlı oğlu Xanqulunu güllələyib və hadisə yerindən uzaqlaşıb.

Yaralılar dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub

Zərərçəkənlərin yaxınlarının dediyinə görə, Rəşad Məmmədov Bahar Didarovla bir-birini sevirmiş. Bir-iki ay bundan qabaq oğlan qızı qaçırıb. Lakin ailə daxilində yaranan münaqişə nəticəsində qız ata evinə qayıdıb.

Bundan qəzəblənən oğlan isə hər üçünü güllələyib. Polis əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində Rəşad Məmmədov şübhəli şəxs qismində saxlanılıb və "TOZ-8" markalı tüfəng maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

**
14:53

Salyan rayonunda bir ailənin 3 üzvünü güllələyən şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 14-də Salyan rayonunun Yenikənd kəndində kənd sakini Rəşad Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndliləri Xədicə Didarovaya, oğlu Xanquluya və qızı Bahara xəsarət yetirib.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub, hadisə törədilərkən istifadə edilmiş müvafiq sənədi olmayan “TOZ-8” markalı tüfəng götürülüb.