"Orada 40-a yaxın işçi olub" - Biznes mərkəzindəki YANĞINla bağlı açıqlama - YENİLƏNİB - VİDEO - FOTO » Memur.az

"Orada 40-a yaxın işçi olub" - Biznes mərkəzindəki YANĞINla bağlı açıqlama - YENİLƏNİB - VİDEO - FOTO

"Orada 40-a yaxın işçi olub" - Biznes mərkəzindəki YANĞINla bağlı açıqlama - YENİLƏNİB - VİDEO - FOTO


14:05

"AFEN Plaza"da baş vermiş yanğın 300 kvadratmetr ərazini əhatə edib".

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini, polkovnik Rza Xudiyev deyib.

Onun sözlərinə görə, yanğınla bağlı DYMX-ya saat 12:07 radələrində məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə Nərimanov Rayon Dövlət Yanğından Mühafizə hissəsi göndərilib: "Yanğının mürəkkəbliyi nəzərə alınaraq, hadisə yerinə əlavə texnika və canlı qüvvə cəlb edilib".

R.Quliyev qeyd edib ki, yanğın zamanı binanın 6-cı mərtəbəsində 40-a yaxın işçi olub və onlar dərhal təxliyə edilib: "Hələlik yanğının səbəbləri barədə bir söz deyə bilməyəcəyəm. Yanğın nəticəsində ofisin asma tavanındakı izolyasiya materialları, ofis mebelləri, yüngül konstruksiyalı arakəsmələr yanıb. Şəxsi heyət tərəfindən 50 dəqiqə ərzində yanğın söndürülüb".

---------

13:42

Bakının Nərimanov rayonunda "AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə baş vermiş yanğın söndürülüb.

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, yanğının başvermə səbəbləri araşdırılır.

---------

13:01

Bakıda biznes mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Milli.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda "AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə yanğın müşahidə olunur. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində işlər və digər xilasetmə tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək.

---------

12:26

Bakının Nərimanov rayonunda yerləşən "AFEN Plaza"da güclü yanğın baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, binanın 6-cı mərtəbəsində başlayan yanğın bütün mərtəbələri bürüyüb.

Hazırda hadisə yerinə Fövəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.