"Metropark"da dəm qazından kütləvi zəhərlənmə olub » Memur.az

"Metropark"da dəm qazından kütləvi zəhərlənmə olub

"Metropark"da dəm qazından kütləvi zəhərlənmə olub

Bakıda böyük ticarət mərkəzlərindən birində kütləvi zəhərlənmə olub.
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, hadisə aprelin 12-də “Metropark” Ticarət Mərkəzində qeydə alınıb.

Ticarət Mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib.

15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə yerində yardım göstərilib.

Zərərçəkənlərin sayının artacağı gözlənilir.