Bakıda metronun qarşısında ölən şəxsin KİMLİYİ MƏLUM OLDU - FOTO » Memur.az

Bakıda metronun qarşısında ölən şəxsin KİMLİYİ MƏLUM OLDU - FOTO

Bakıda metronun qarşısında ölən şəxsin KİMLİYİ MƏLUM OLDU - FOTO


Bu gün Bakıda yaşlı kişi küçədə ölüb.

Hadisə saat 13:30 radələrində Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyasının çıxışında orta yaşlı kişi qəfil yerə yıxılıb. Ətrafdakı şəxslərin köməyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə təcili yardım briqadası çağırılıb. Ölən şəxsin kimliyi müəyyənləşdirilib. O, 1951-ci il təvəllüdlü Bakı şəhər sakini Babayev Fikrət Məmməd oğludur.

Hadisə şahidləri F. Babayevin infarkt keçirdiyini bildirib. Şəxsin ölümüylə bağlı ailəsinə xəbər verilib. //Azvision.az