Yasamalda yataqxanada YANĞIN - YENİLƏNİB » Memur.az

Yasamalda yataqxanada YANĞIN - YENİLƏNİB

Yasamalda yataqxanada YANĞIN - YENİLƏNİB




10:45

Yasamal rayonunda yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 kv.m sahədə ev əşyaları yanıb.

Yanğın zamanı binadan 10 nəfər təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

----------

09:57


Yasamalda yataqxana yanır

İcmal.Az Milli.Az-a daxil olan məlumata görə hazırda Yasamal rayonunda yerləşən yataqxana yanır. 5 mərtəbəli yataqxananın 3-cü mərtəbəsində qəfil baş verən yanğının hansı səbəbdən olduğu hələ bilinmir.

FHN-in əməkdaşları artıq hadisə baş verən ərazidədirlər.

Qeyd edək ki, bu, həmin yataqxanada baş verən ilk yanğın hadisəsi deyil. Bir neçə ay əvvəl də həmin yataqxanada yanğın baş vermişdi.

İcmal.Az