Temperatur enəcək: güclü külək, yağış, qar » Memur.az

Temperatur enəcək: güclü külək, yağış, qar

Temperatur enəcək: güclü külək, yağış, qar

Güclü külək aprelin 10-u və 11-də davam edəcək

Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar və qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi ərazilərdə güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə olacağı gözlənilir.

ETSN-nın yaydığı xəbərdarlıqda deyilir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 10-dan 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.