Gəncədə ana ölümü baş verib Böyüt » Memur.az

Gəncədə ana ölümü baş verib Böyüt

Gəncədə ana ölümü baş verib  Böyüt

Gəncədə ana doğuşdan sonra ölüb.

APA-nın verdiyi məlumata görə, Tovuz rayon sakini 24 yaşlı Səkinə Məmmədova ötən gecə Gəncədə yerləşən Regional Perinatal Mərkəzdə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Bu gün axşam saatlarında isə qəfildən qadının halı pisləşib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, S. Məmmədova böyrək xəstəliyindən əziyyət çəkirmiş. Onun dünyaya gətirdiyi oğlan uşağının vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.